Kabo-Verde millisinin qapıçısı Vozinya DÇ-2026-da göstərdiyi uğurlu çıxışdan sonra bir neçə klubun diqqət mərkəzinə düşüb.
Prosport.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, hazırda azad agent olan təcrübəli qolkiperlə MLS təmsilçisi "İnter Mayami" yaxından maraqlanır. Braziliyanın "Avai" və "Atletiko Qoyanyense" klubları da 40 yaşlı qapıçını transfer etmək istəyir.
Vozinya "Şaviş" klubundan ayrıldıqdan sonra azad agent statusu daşıyır.
Qeyd edək ki, təcrübəli qolkiper DÇ-2026-da xüsusilə İspaniya və Argentina ilə qarşılaşmalarda ümumilikdə 15 seyv edərək diqqət çəkib. Onun həlledici qurtarışları Kabo-Verde millisinin 1/8 finala yüksəlməsində mühüm rol oynayıb. Afrika təmsilçisi qrup mərhələsində İspaniya və Uruqvayla heç-heçə edib, son dünya çempionu Argentinanı isə əlavə vaxta qədər mübarizəyə məcbur edib.

