Payız-yaz sistemi ilə keçiriləcək Əvəzedicilər Liqasının 2026/27 mövsümünün start tarixi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klubların əvəzedici komandaları turnirdə mübarizə aparacaq.
Qeyd edək ki, Əvəzedicilər Liqasının 2026/27 mövsümünə avqustun 21-də start veriləcək.

