Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” yoxlama oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda 2 Bundesliqa təmsilçisi “Sandhauzen”lə qarşılaşıb.
8 qolun vurulduğu matç “Kayzerslautern”in qələbəsiylə başa çatıb – 5:3. Görüş hər biri 30 dəqiqə olmaqla 4 hissədən ibarət olub.
Emreli matçın 31-ci dəqiqəsində zədələnən Skittanın əvəzinə oyuna daxil olub və meydanda 1 hissə qalıb.

