"Qarabağ" Kabo-Verde millisinin və "Akron"un futbolçusu Gilson Benşimolla maraqlanır.
Prosport.Az xəbər verir ki, bu barədə “Zona Russa” məlumat yayıb.
İddiaya görə, Ağdam klubu Rusiyada oynayan 24 yaşlı hücumçunun keçidini reallaşdırmaq istəyir.
Qeyd edək ki, Benşimol ötən mövsüm “Akron”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 10 qol vurub. Onun Rusiya klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir. Gilson “Eştoril”, “Benfika B” klublarında da oynayıb. O, Kabo-Verde millisinin heyətində dünya çempionatında iştirak edib.

