I Liqa təmsilçi "Mingəçevir"in sabiq futbolçusu Kenet Kalunqa Premyer Liqa klubunda oynayacaq.
Prosport.Az-ın xəbərinə görə, zambiyalı hücumçu "Kəpəz"ə keçib.
Ötən mövsüm I Liqanın 15 qolla 2-ci ən yaxşı bombardiri olmuş Kalunqa ilə yaxın günlərdə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 29 yaşlı hücumçunu "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynov da istəyirdi. O, qeyri-rəsmi çalışdırdığı "Cəbrayıl"dan onu hədəfləmişdi. "Kəpəz" isə Kenet Kalunqanı hələ qış fasiləsində – Azər Bağırovun vaxtından istəyirdi. Lakin onda "Mingəçevir" Premyer Liqaya oynadığından, klub futbolçuya gələn təklifi gizlətmişdi.

