Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçunu heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, braziliyalı qapıçı Artur Auqusto Da Silva 2026-2027-ci illər mövsümünü Naxçıvan təmsilçisinin heyətində keçirəcək.
27 yaşlı qolkiperlə anlaşmanın müddəti 1 ildir.
O, karyerası ərzində Braziliyanın “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense”, “Feyrense” klublarının qapısını qoruyub. Auqusto ölkəmizə gəlməzdən əvvəl İndoneziyanın “Semen Padanq” komandasında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Erera, Rövlan Muradov, İssuf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.

