"Şəfa" Futbol Klubu hücumameyilli yarımmüdafiəçi Mussa Qüeli heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı Fil Dişi Sahilindən olan və Fransa vətəndaşlığına da malik olan futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Mussa Qüel son olaraq Şimali Makedoniyanın “Tikveş” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen”, “Loryan”, "Paris 13 Atletiko" və "Bur-Peronas" klublarının formasını geyinib.
Qeyd edək ki, "Şəfa" daha əvvəl 2 rumıniyalı futbolçu – Andrey Draqu, Vlad Pop və niderlandlı Dilan Mertensi transfer etmişdi.

