Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin də formasını geyindiyi “Malişeva” UEFA Konfrans Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Kosovo təmsilçisi səfərdə Albaniya “Vlajniya”sı ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İsgəndərli də bu matçda iştirak edib. O, meydana 64-cü dəqiqədə Vlamir Nafiunun əvəzinə çıxıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 16-da Kosovoda keçiriləcək.

