“Qarabağ” futbolçusu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini müsbət cavablandırıb.
Prosport.Az xəbər veir ki, qərar qəbul olunarkən kolumbiyalı hücumçunun istəyi də nəzərə alınıb.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
Artıq "Seltik" də Duranın transferini rəsmən açıqlayıb. Futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu Ağdam təmsilçisinin heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.

