Azərbaycan millisinin futbolçusu Toral Bayramov yeni komandası “Bursaspor”da ilk oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, I Liqa təmsilçisi Boludakı təlim-məşq toplanışında “Batman Petrolspor”la qarşılaşıb.
Bursalılar hər hissədə fərqli “11-lik”lə meydana çıxıb. Matça ehtiyatdan başlayan Bayramov fasilədən sonra mübarizəyə qoşulub. Müdafiənin solunda yer alan millimizin üzvü hətta 46-cı dəqiqədə fərqlənməyə də yaxın olub. Lakin 25 yaşlı futbolçunun zərbəsində azacıq dəqiqlik çatmayıb.
Hər 2 qolun 2-ci hissədə vurulduğu qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

