"Araz-Naxçıvan"ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub.
Prosport.Az xəbər verir ki, əvəzedici heyətdən əsas komandaya cəlb edilən oyunçu Türkiyənin İstanbul şəhərində qasıq yırtığından əməliyyat edilib.
Əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.

