Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəqib bizi yaxşı təhlil etmişdi" - Qurban Qurbanov
    9.07.2026 22:48:05

    Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Azarkeşlərə təşəkkür etmək istəyirəm. Stadionu tam doldurmuşdular və sanki Çempionlar Liqasının oyununda idilər. İlk matçdan başa düşdük ki, məsuliyyətli olmalıyıq və fanatların bizdən gözləntiləri yüksəkdir. Futbolçulara da təşəkkür edirəm, ilk oyunda qələbə vacib idi. Düzdür, narazı qaldığım məqamlar oldu. Bu da futbolçuların hazırlığının fərqli səviyyədə olmasıyla bağlıdır. 2-ci hissədə yorğunluq hiss olunurdu, amma dəyişikliklərdən sonra komanda daha diri göründü. Yekunda 3:0 hesablı qələbə qazandıq. Rəqib də ciddi müdafiə olunurdu, bizi yaxşı təhlil etmişdilər. Cavab görüşündə də məsuliyyətli olmalıyıq. Bu oyunun gərgin keçməsinin xeyrimizə olacağını düşünürəm. Ümumi götürəndə, pis deyildik. Avrokuboklarda qələbə qazanan digər komandalarımızı da təbrik edirəm. Azərbaycanın UEFA reytinqində xalları artır və bu, ölkə üçün çox vacibdir.

    – Xoni Montielin kənarda qalmağı nəylə bağlı idi?
    – Zədəsi yoxdur. Futbolçuların hamısını heyətə sala bilmədik. Bu matçda kənarda qalanlar növbəti mərhələdə meydana çıxa bilər.

    – Hansı mövqeyə transfer gözlənilir?
    – Qapıdan başqa bütün mövqelərə oyunçu axtarırıq.

    – Sabiq futbolçularınız Yassin Benziya və Julio Romaonun qayıdışı gündəmdədir?
    – Səhv etmirəmsə, Romao artıq klub tapıb. Benziya ilə bağlı isə hansısa fikirdə olmamışam.

    – Cavab oyununda heyətlə bağlı hansısa eksperiment olacaq?
    – İlk matçlarda çox diqqətli olmalıyıq. Futbolçuların yüklənməyinə fikir verməliyik. Rotasiya ilə bağlı qərarı indi verə bilmərik. Qarşıda hələ 5 hazırlıq günümüz var. Vəziyyətə baxıb, qərarlar verəcəyik.

    – Əli Bəşirov və digər gənc futbolçuların şans qazanmaları realdır?
    – Əli bizimlə Bakıda və Avstriyada toplanışda iştirak etdi. Maksimum çalışacağıq ki, ona da şans yaradaq. Çox bacarıqlı və istedadlı futbolçudur. İndidən bu atmosferə uyğunlaşmağını istəyirik. Hər bir gənc üçün maksimum şərait yaradacağıq.

    – Elvin Cəfəquliyevi bağışlamısınız?
    – Qayıtdı (gülür). Çox geniş şərh verməyə ehtiyac yoxdur. Real variant olsaydı, gedə bilərdi. Amma indi burdadır. Qaydalar var və hamımız ona riayət etməli, lazım gələrsə sərt reaksiyalar verməliyik. Onunla da görüşlərimiz oldu.

    – Zakaria Savo haqqında fikirləriniz nədir?
    – Savo və Kamilo Duran fərqli futbolçulardır. Hərəsinin özünəxas özəllikləri var. Savo da hələ ideal vəziyyətdə deyil, çalışmalıdır. Bəzi elementlərdə daha yaxşıdır, bəzilərində çatışmazlıqları var. Kamilo Duranın da özünəxas keyfiyyətləri var idi. O da qalsaydı, pis olmazdı (gülür).

    – Mateus Silvanın da gedəcəyi ilə bağlı xəbərlər var. Transferi nə dərəcə realdır?
    – Xeyr, inşallah, bizimlə olacaq. Maraqlananlar var idi, amma komandada qalacaq.

    – Əli Bəşirova rəsmi təklif olarsa, getməyinə şərait yaradacaqsınız?
    – Əli üçün ən yaxşısını etməyə çalışacağıq. Faydalı təklif olarsa, gələcəyi üçün mane olmayacağıq. Bəlkə də burada qalmağı daha xeyirli oldu. Yaxşısı nədirsə, ona əməl etmək borcumuzdur.

    – Haqqında çox danışılır. Sizcə, bu, onun karyerasına mənfi təsir etməz?
    – İnanmıram, fərqli uşaqdır. Problem olacağını düşünmürəm. Hər kəs onunla çox yaxşı davranır. Əli üçün yaxşısını etməyə çalışacağıq.

    Futbol

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15
    Futbol

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Futbol

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03
    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved