“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi “Qəbələ” klubundan Emil Süleymanovu transfer edib. Yarımmüdafiəçi ilə 2 illik (1+1) müqavilə imzalanıb.