"Kəpəz" klubu yarımmüdafiəçi Olavale Onanuqa ilə yollarını ayırıb.
Prosport.Az.xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər başa çatan müqaviləni yeniləməmək qərarına gəliblər.
28 yaşlı futbolçu ötən mövsüm Azərbaycan Premyer Liqası və ölkə kubokunda ümumilikdə 30 oyunda meydana çıxıb və 1 qol vurub.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl baş məşqçi Azər Bağırov, eləcə də Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Yusif İmanov, Luis Paçu, Camal Cəfərov və Ehtiram Şahverdiyevlə də vidalaşıb.

