“Turan Tovuz”dan ayrılan Sergey Samokun yeni klubu məlum olub.
Prosport.Az xəbər verir ki, rusiyalı qolkiper karyerasını ölkəsində davam etdirəcək.
O, I Liqada çıxış edən “Veles”ə keçib. Klubun mətbuat xidməti Semakla 1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Sergey Samok ötən mövsüm “Turan Tovuz”la 32 oyuna çıxıb. O, 12 matçda qapısını toxunulmaz saxlayıb.

