“Şəfa” növbəti transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, Premyer Liqanın yeni təmsilçisi yarımmüdafiəçi Dilan Mertensi heyətinə qatıb. 30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Mertens son olaraq ölkəsində “Telstar”ın üzvü olub. O, karyerası ərzində Niderlandın “TOP Oss” və “Volendam” komandalarının formasını geyinib.
Dilan eyni zamanda Rusiyanın “Fakel” (Voronej), Bolqrasıtanın “Botev” (Polivdiv) və “Sarsko Selo” klublarında legioner həyatı yaşayıb.

