"Qarabağ"ın sabiq futbolçusu Julio Romao karyerasını Rusiyada davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, braziliyalı dayaq yarımmüdafiəçisi ilə Ramzan Kadırovun himayəsində olan "Axmat" klubu maraqlanır.
Hələlik tərəflər arasında danışıqların nəticəsi ilə bağlı rəsmi açıqlama verilməyib.
Hazırda sərbəst futbolçu statusunda olan Romao son olaraq Macarıstanın "Ferensvaroş" klubunda çıxış edib. "Transfermarkt" portalına görə, onun bazar dəyəri 800 min avrodur.
Julio Romao "Qarabağ"dan əvvəl Portuqaliyanın "Santa Klara" komandasının da formasını geyinib. O, ötən mövsüm "Ferensvaroş"un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 1 qol vurub.

