Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Torpedo" bizdən daha hazırlıqlıdır" - Rəşad Sadıqov
    8.07.2026 22:35:27

    “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo”ya  qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

    – Oyun bizim üçün yaxşı başladı. İstədik ki, erkən qol vuraq, buna görə də rəqibi sıxdıq. Dünən mətbuat konfransında bildirdim ki, “Torpedo” bizdən daha hazırlıqlıdır. Buna baxmayaraq, istədiyimiz futbolu göstərə bildik, hesabı daha fərqli edə bilərdik. Təəssüf ki, alınmadı. İlk oyunda qələbə qazandıq, amma qarşıda 12 min fanat önündə ciddi matç var.

    – Oyundan əvvəl belə hesabın olacağını gözləyirdiniz?
    – Futboldur, bəlkə də, onlar qələbə qazanardı. Dünya futbolunda da görürsünüz, 5-10 dəqiqə ərzində çox şey dəyişə bilir.

    – “Torpedo”nun daha hazır olduğu gözlənilirdi, amma siz üstün tərəf oldunuz. Rəqibdən gözlədiyiniz oyunu gördünüz?
    – Onların yaxşı futbolçuları var, bilirdik ki, oynamaqlarına imkan versək, çətin olacaq. İlk dəqiqələrdən təzyiq göstərməyə çalışdıq. Hazırlığa gəlincə, onlar daha bizdən yaxşıdırlar, çempionatları davam edir. Çox sualları cavablandıra bilməyəcəyəm, qarşıda cavab görüşü var. Rəqib 12 min fanatın önündə oynayacaq. Matça hazır olmalıyıq.

    – Sanki rəqibdən çəkinirsiniz…
    – Bu sualı cavablandırmayacağam. Bütün rəqiblərə hörmətlə yanaşıram.

    – Futbolçuların eyforiyaya qapılmaması üçün hansı addımları atmağı düşünürsünüz?
    – “Neftçi”nin “Zestafoni” ilə oyunu yadımdadır. Həmin matçda gərgin anlar yaşanmışdı, sonra “Neftçi” əzmkar oynamışdı. Ötən il DAK ilə matçda 4:0 qələbə qazandıq, revanşda da ilk qolu vurduq. Amma onlar fərqlənəndən sonra matç sanki kabusa çevrilirdi.

    – Yeni transferlər özlərini necə göstərdi?
    – Bəzilərində uyğunlaşma problemləri var. Vieriya tam hazır deyildi, lakin onun ustalığına güvənib, meydana buraxdıq. Yaxşı oynamağı bacardı. Tək o deyil, digər oyunçular da pis təsir bağışlamadı. Bizim üçün indiki məqamda vacib olan komandanın tam tərkibdə olmasıdır. Bu gün meydana iki sol vinger, iki sağ cinah müdafiəçisi ilə çıxmışdıq. Futbolçular çətinliklərin öhdəsindən gələ bildi.

    – Papunaşvilinin əvəzlənməsi öncədən planlaşdırılmışdı?
    – Bəli, daha gec olacaqdı, amma gördüm ki, emosionaldır, ona görə əvəzetməyə əl atdıq.

    Futbol

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33
    Futbol

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50
    Futbol

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54
    Futbol

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09
    Futbol

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43
    Futbol

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved