Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Avropada bizə diqqət artır, oyunçularımıza baxan ölkələr çoxalır" - Qurban Qurbanov
    8.07.2026 21:07:20

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında sabah İslandiyanın “Vestri” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib.

    – İlk oyunumuzdur, dəyişikliklər var, çalışırıq ki, problemlərimiz hiss olunmasın. Əfsuslar olsun, bəzi çatışmazlıqlarımız var. Amma ümumi götürəndə, hazırlıq pis getmir. Zamanla hər şey axarına düşəcək. Yaxşı kollektiv formalaşdıracağıq və qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyik.

    – Kamilo Duranın transferi ilə bağlı vəziyyət nə yerdədir?
    – Duran “Seltik”in düşərgəsindədir. Bir neçə saat əvvəl məlumatımız var idi ki, tibbi müayinədən keçir. Hər şey qaydasında olsa, ayrılmaq ehtimalı böyükdür.

    – Yeni oyunçuların adaptasiyası necə gedir?
    – Yaxşı olanlar da var, pis olanlar da. Tez qoşulanlar özlərini yaxşı hiss edirlər. Bir neçə futbolçunun gec uyğunlaşması məsələsi də var.

    – Duranın da gedişini nəzərə alsaq, hücum xətti ilə bağlı nələr düşünürsünüz?
    – Duran bizim əsas oyunçumuz idi. Avropa oyunlarında özünü ən yaxşı tərəfdən göstərənlərdən biri oldu. İstəyi, qabiliyyəti var idi. Onun gedişi bizdə hansısa çatışmazlıqlar yarada bilər. Duranı itiririk, amma eyni zamanda Avropa bazarında iştirak etməyimiz də önəmlidir. Son vaxtlarda “Qarabağ”dan nə qədər oyunçu ölkə xaricinə gedib. Bu, özü bizim üçün əlavə üstünlükdür. Avropada bizə diqqət artır, oyunçularımıza baxan ölkələr çoxalır. Duran kimi futbolçunun daim komandamızda olmağını istərdim. Bir neçə mövqedə oynamağı bacarırdı. Yeni transferlərdən bəziləri sabah meydanda olacaq.

    – Durandan başqa kiminsə gedişi gözlənilir?
    – Ciddi təklifi olan futbolçu yoxdur. Hansısa oyunçunun getmək ehtimalı olduğunu bilmirəm.

    – İslandiyaya uzun səfəriniz olacaq. Bu, hansı çətinlik yarada bilər?
    – Püşkatmada heç vaxt fərq qoymamışam, istəyimlə olan bir şey deyil. Hər zaman Allahdan xeyirlisini arzu etmişik. O qədər olub ki, ilk mərhələdə güclü komandalarla qarşılaşmışıq, amma yenə razı olmuşam. Düzdür, 7 saat yarımlıq səfərimiz olacaq. Lakin püşkdən sonra buna uyğun proqram hazırlamışıq.

    – Elvin Cəfərquliyev sabah meydanda olacaq?
    – Elvinin oynamaq ehtimalı var. Startda, ya sonradan meydana çıxması ilə bağlı qərar verməmişik.

    Futbol

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30
    Futbol

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15
    Futbol

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Akademiya

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03
    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved