“İmişli” skautinq departamentinin rəhbəri vəzifəsinə beynəlxalq təcrübəyə malik futbol funksioneri Rəsul Allahverdiyevi təyin edib.
Prosport.Az xəbər verir ki, UEFA ASSIST proqramlarının məzunu olan Allahverdiyev Azərbaycan, Ukrayna və Türkiyədə skautinq, futbol idarəçiliyi, oyunçu seçimi və inkişafı sahələrində təcrübəyə sahibdir. O, peşəkar fəaliyyəti dövründə müxtəlif klublarda skaut, idman direktoru, klub prezidenti və baş məsləhətçi kimi çalışıb.
Həmçinin keçmişdə Rəsul Şükürsoy imzası ilə jurnalist fəaliyyəti ilə də məşğul olub.

