"İmişli" heyətini yeni qapıçı ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, Premyer Liqa klubu Sadiq Məmmədzadəni transfer edib.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü ilə 2 illik müqavilə imzalanıb.
Sadiq Məmmədzadə peşəkar karyerasına "Səbail"də başlayıb və 7 il bu klubun formasını geyinib. Daha sonra "Qarabağ"ın əsas komandasına qoşulan qapıçı son mövsümü icarə əsasında "Difai" klubunda keçirib.

