Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən açıq çelenc turnirində gümüş medal əldə edib.
Prosport.Az xəbər verir ki, "Paris-2024" Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı yarışın 1/8 final mərhələsində rusiyalı Timur Baitimirovu, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyeti, yarımfinalda isə özbəkistanlı Fayoz Valijonovu məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə Sabir Zeynalov türkiyəli Ali Can Özcanla qarşılaşıb. Mübarizənin son raundunda məğlub olan idmançımız turniri gümüş medalla başa vurub.
Qeyd edək ki, turnir "Los-Anceles-2028" Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

