“Kayzerslautern” və Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu yay iş yerini dəyişməyə yaxındır.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, Emreliyə daha bir təklif Yunanıstan Super Liqasından gəlib.
Belə ki, yüksək liqa təmsilçisi “Levadiakos” həmyerlimiz üçün hərəkətə keçib. Onlar millimizin üzvü üçün Kipr APOEL-i ilə mübarizə aparır.
“Kayzerslautern”lə müqavilə müddəti 2027/2028 mövsümünün sonuna qədər olan Mahir Emreli özü Almaniyanı tərk etməkdə israrlıdır.

