Futbol üzrə dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qzaanıb.
Prosport.Az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesbalı qələbəyə sevinib.
Görüşdə ilk 2 qolu Misir yığması vurub. Yasser İbrahim 15-ci və Mustafa Ziko 67-ci dəqiqədə fərqləniblər. Bununla belə, Argentina seçməsi 3 dəfə rəqib qapısına yol tapmaqla fantastik geridönüş edib.
"Tanqoçular"un heyətində Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.
Qeyd edək ki, Argentina millisi 1/4 finalda İsveçrə - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.

