Azərbaycan millisinin hücumçusu Mahir Emreli yay tətilindən sonra klubu “Kayzerslautern”in təlim-məşq toplanışına qoşulub.
Prosport.Az xəbər verir ki, 29 yaşlı futbolçu Almaniya komandası ilə məşqlərə də başlayıb.
Amma Emrelinin 2-ci Bundesliqa təmsilçisində qalıb-qalmayacağı hələ dəqiqləşməyib. Çünki futbolçu ötən mövsüm çox oyun şansı qazanmayıb.
Qeyd edək ki, Mahir Emreli 2025-ci ilin yayında “Kayzerslautern”ə keçib.

