"İmişli" məşqçilər korpusunu UEFA Pro lisenziyalı mütəxəssis Zamir Həsənov ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, o, bölgə klubunda köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Zəngin məşqçilik təcrübəsinə malik Zamir Həsənov uzun illər AFFA-da müxtəlif yaş qrupları üzrə milli komandalarda məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin AFFA-nın təhsil departamentində məşqçi-təlimatçı kimi çalışaraq məşqçi hazırlığı prosesinə töhfə verir.![]()
Zamir Həsənov “Şamaxı”, “Şəfa” klublarında, eləcə də “Zirə” və “Səbail” Akademiyalarında uğurla fəaliyyət göstərib.

