"Zirə"ni tam təhlil etmişik".
Prosport.Az xəbər verir ki, bu sözləri Gürcüstanın "Torpeda" klubunun futbolçusu Komnen Andriç mətbuat konfransında deyib.
Serbiyalı oyunçu Sumqayıtda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb: "Azərbaycan çempionatını izləyirəm. İlk saniyələrdən topa nəzarət etməliyik. Yeni transferlər ediblər. Onları sürpriz komanda sayıram. Sabahkı matça hazırıq. Öz sözümüzü deməyə çalışacağıq".
Xatırladaq ki, "Zirə" – "Torpedo" oyunu sabah saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da Kutaisidə baş tutacaq.

