"Zirə" "Torpedo" ilə dueldə favoritdir".
Prosport.Az xəbər verir ki, bunu Gürcüstanın "Torpedo" komandasının baş məşqçisi Dirk Şuster mətbuat konfransında deyib.
58 yaşlı alman mütəxəssis Sumqayıtda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb: "Azərbaycana ilk dəfədir ki, gəlirəm. Rəqibə hörmətlə yanaşıram. Bura gələndə bir az problemlə üzləşdik. "Zirə" cütün favoritidir. Hər şey meydanda həll olunacaq. Meydanda əlimizdən gələni edəcəyik. Rəqibi təhlil etmişik. Qələbə üçün gücümüzü göstərməyə çalışacağıq".
Xatırladaq ki, "Zirə" – "Torpedo" oyunu sabah saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da Kutaisidə baş tutacaq.

