Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzi futbolçular toplanışa artıq çəki ilə gəlmişdi" – Rəşad Sadıqov
    7.07.2026 15:47:03

    “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasında Gürcüstanın “Torpedo” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis matçdan öncə təşkil olunan mətbuat konfransında bunları deyib:

    – Sabah bizi “Torpedo”ya qarşı olduqca önəmli oyun gözləyir. Qısa müddətdə hazırlığımızı tamamladıq. İstəyirik ki, ən azından əlverişli nəticə əldə edib, səfər oyununa üstün yollanaq. Başa düşürük ki, qarşımızdakı rəqib təcrübəlidir. Xüsusilə də, 3-4 ildir ki, avrokuboklarda çıxış edirlər. Bilirik ki, azarkeşlərin, futbolçuların, rəhbərliklərin kökləndikləri yarışlardan biri də avrokuboklardır. Bizim üçün də çox vacib oyun olacaq. Hazırlaşmaq üçün vaxtımız az idi, toplanış qısa oldu və seleksiyanı tamamlaya bilmədik. Buna baxmayaraq, komandamız təcrübəlidir, xarakterli kollektivimiz var. Sabah sadaladığım keyfiyyətlərə çox ehtiyacımız olacaq. İnamlı oynamaq istəyirik. Qarşımızda təcrübəli və çox yaxşı komanda var.

    – Yeni qapıçınız Maykon Kleyton sıradan çıxıb. Onun durumu nə yerdədir? Son illərdə “Zirə”də sanki zədə kabusu var…
    – Təbii ki, belədir. Digər komandalarda da, dünya futbolunda da bu hadisələri görürük. Sadəcə, bizdə zədələr tez-tez və uzunmüddətli olur. Qismətimiz belədir. Hansısa həmlə etməyə vaxtımız çox az olur. Maykonu böyük ümidlərlə transfer etmişdik. Onunla söhbət etmişdim ki, bütün oyunlarda qapıda durmaq olmayacaq, bizdə Aydın Bayramov kimi təcrübəli qapıçı var. Hər ikisinin şans alacağını bildirmişdim. Maykonun zədələnməsi bizi üzür. Amma Aydın kimi qapıçımız da var.

    – Komandanızda gürcü oyunçular var. Onlarla “Torpedo” haqda danışmısınız? Həmyerlilərinə qarşı oynamaq motivasiyadır?
    – Demək olar ki, ciddi məsələləri müzakirə etməmişik. Onlarla şəhər, stadion, azarkeşlər barədə danışıqlarımız olub. “Torpedo”nun oyununda köməkçi məşqçilərimiz iştirak edib. Rəqibi tanıyırıq. “Omoniya” ilə də qarşılaşmışdılar. Bu il də bir çox oyunlarını izləmişik. Onların çempionatı davam edir. Davit Volkovi və Giorgi Papunaşvilinin əlavə məlumat verməyinə ehtiyac yoxdur. Bunu qeyri-etik hesab edirəm. Onlar da gürcüdürlər, vətənləridir. Onları xüsusi motivasiya etmirəm.

    – Demək olar ki, ilk dəfədir avrokuboklara bu qədər çətin şəraitdə hazırlaşırsınız?
    – 6-cı ildir ki, Zirə”dəyəm. 4-cü dəfə avrokuboklarda oynayacağıq. Ən çətin dövr oldu. Azərbaycan Kubokunun finalında məğlub olduqdan və çempionatın bitməsinə 2 tur qalmış avrokuboklara getməyəcəyimiz dəqiqləşəndən sonra rəhbərliklə görüşümüz oldu. Komandada dəyişikliklər etmək, uzunmüddətli plan cızmaq istəyirdik. Bir çox oyunçu ilə yollarımızı ayırdıq. Avrokuboklarda iştirakımız bilinəndən sonra məcbur qaldıq ki, mövcud vəziyyətdən çıxaq. Rəhbərliklə razılaşdıq ki, seleksiyanı tələsik aparmayaq. Bundan sonra 5-6 transfer edəcəyik. Sabahkı oyuna qədər 1-2 futbolçu gətirə bilərdik. Hazırlığımızın heç 1 ayı tamamlanmır. Bu məqamları futbolçularla danışmışıq. Rəqibin çempionatda reqlamenti fərqlidir. 16 günlük fasiləyə gediblər. Onlar Superkubok oynayır. İdeal hazırlıq prosesi keçiblər.

    – Sabahkı matçda futbolçuların oyuna yanaşmasında problem olacaq?
    – Avrokuboklara düşmədiyimiz üçün futbolçular məyus idi. Turnirlərdə iştirak etməkləri onlar üçün motivasiya olmalıdır. Düşünmürəm ki, hansısa neqativ hisslər olsun. Hər şey zamanında daha gözəl olur. Elə futbolçular var ki, toplanışa artıq çəki ilə gəlmişdi. Bilirəm ki, beyinlərində avrokubokları düşünməmişdilər.

    – Yeqor Boqomolskini sabah əsas heyətdə düşünürsünüz?
    – Əsas heyətlə bağlı nəsə deyə bilmərəm. Amma Rusiyadan yaxşı qayıdıb. Rusiya I Liqası fiziki cəhətdən qüvvətli çempionatdır. Ona faydası olduğu görünür. Rəsmi matçlarda necə görünəcək, sabah biləcəyik. Bugünkü forması əsas heyətdə oynamağa imkan verir.

    – Dünya çempionatında su fasilələri verilir. Sizcə, çempionat oyunlarında da tətbiq olunsa,  faydası dəyər? Bu haqda fikriniz necədir?
    – Məncə, faydası olar. Oyunların intensiviliyini nəzərə alsaq, arada 2 dəqiqəlik fasilənin müəyyən səviyyədə faydası ola bilər. Şəxsən mənə xoşdur. Futbolçuları düşünərək atılan addımdır. Olsa, lap yaxşı. Onsuz da yayda bu fasilələr var idi. Dünya çempionatında daha uzundur. Davamlı şəkildə olub-olmayacağını növbəti günlərdə biləcəyik.

    Futbol

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57
    Futbol

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30
    Futbol

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15
    Futbol

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Akademiya

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved