UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçiriləcək ilk oyuna satılan bilet sayı açıqlanıb.
Prosport.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma üçün 16 min 350 bilet satılıb.
Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Vestri" görüşü saat 20:00-da başlayacaq.

