Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi"nin Serbiyanın "Partizan" klubu ilə keçirdiyi yoxlama oyununda dava düşüb.
Prosport.Az xəbər verir ki, insident 57-ci dəqiqədə iki mübarizə zamanı Belqrad təmsilçisinin müdafiəçisi Stefan Miliçin Bassalu Sambuya qarşı kobudluğundan sonra baş verib.
Nəticədə futbolçular əlbəyaxa olublar. Komanda yoldaşları onları çətinliklə sakitləşdiriblər. Baş hakim hər iki futbolçuya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, görüş "Neftçi"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

