Futbol üzrə dünya çempionatında İspaniya millisi 1/4 finala yüksəlib.
Prosport.Az xəbər verir ki, Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin oyununda ispanlar Portuqaliyanı 1:0 hesabı ilə məğlub ediblər.
Yeganə qolu qarşılaşmanın 90+6-cı dəqiqəsində Mikel Merino vurub. Bununla da Portuqaliya millisinin lideri Kriştianu Ronaldu qatıldığı 6-cı mundialda da titulsuz qalıb.
İspaniya millisinin 1/4 finalda rəqibi ABŞ - Belçika cütünün qalibi olacaq.

