Meksika millisinin baş məşqçisi Xavyer Aqirre DÇ-2026-nın 1/8 finalında İngiltərə ilə keçirilən oyunda diqqətçəkən davranışı ilə gündəmə gəlib.
Prosport.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayııb. Meksikalı mütəxəssis İngiltərə millisinin vingeri Entoni Qordona müraciətlə qeyri-etik ifadə işlədib.
Hadisə matçın 26-cı dəqiqəsində, komandalar üçün nəzərdə tutulan su fasiləsindən sonra baş verib. Aqirre ehtiyat oyunçular skamyasına yaxın olan Qordonu çağıraraq "Qordon, rədd ol!" deyə səslənib, daha sonra isə gülüb. İngiltərəli futbolçu da bu hərəkətə təbəssümlə reaksiya verib.
Qeyd edək ki, qarşılaşma İngiltərə millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

