“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az futbolpress.az-a istinadən xəbər verir ki, bölgə klubu “Kəpəz”dən Yusif İmanovla anlaşıb.
Qolkiperlə 1 illik müqavilə imzalanacaq.
“Sabah”ın yetirməsi olan İmanov bu ilin əvvəlindən “Kəpəz”də çıxış edirdi. O, klubla müddəti başa çatan müqaviləsini yeniləməyib.
“İmişli” bir neçə gün əvvəl legioner qapıçısı Andrey Sinenko ilə vidalaşdığını açıqlayıb.

