"Zirə"nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsində rəqibi olan Gürcüstanın "Torpedo" klubu heyətinə yeni futbolçu qatıb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı bolqarıstanlı cinah oyunçusu Mateo Stamatov transfer edilib. Onunla "2+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Zirə" - "Torpedo" oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşma iyulun 16-da baş tutacaq.

