"Araz-Naxçıvan"dan ayrılan Felipe Santos özünə yeni komanda tapıb.
Prosport.Az xəbər verir ki, beninli futbolçu Asiyada oynayacaq. O, Tailandın “Banqkok Yunayted” klubu ilə anlaşıb. Vingerlə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Felipe Santosa maraq göstərən klublar arasında Premyer Liqamızın təmsilçiləri də var idi. Lakin sonda ciddi danışıqlar olmadığından beninli Tailandda oynamağa qərar verib.

