Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" 2-ci yoxlama oyununa bu gün çıxacaq.
Prosport.Az xəbər verir ki, "ağ-qaralar" Serbiya təmsilçisi "Partizan"la üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Xatırladaq ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Rumıniyanın "ÇFR Kluj" kollektivinə uduzub - 1:2.

