Futbol üzrə dünya çempionatında İngiltərə millisi Meksikaya qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.
Prosport.Az xəbər verir ki, Mexikonun "Asteka" stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
İngiltərə yığmasında Cud Belinqem (36,38) və Hari Keyn (60-pen.) fərqlənib. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones (42) və Raul Ximenes (69-pen.) dəqiq zərbə müəllifi olub. İngiltərə millisinin müdafiəçisi Carell Kuansa 54-cü dəqiqədə birbaşa qırmızı vərəqə alıb. Bununla da Kanadanın ardından digər meydan sahibi də mundialla 1/8 finalda vidalaşıb.
Qeyd edək ki, İngiltərə millisinin növbəti mərhələdəki rəqibi Norveç seçməsi olacaq.

