Futbol üzrə dünya çempionatında Norveç millisi Braziliyanı məğlub edib.
Prosport.Az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar beşqat dünya çempionları üzərində 2:1 hesablı qələbəyə sevinib.
Norveçin heyətində Arlinq Holan (79, 90) dubl edib. "Sambaçılar"ın təsəlli qoluna isə 90+10-cu dəqiqədə penaltidən Neymar imza atıb.
Bu qələbə ilə 1/4 finala yüksələn Norveçin rəqibi Meksika – İngiltərə cütünün qalibi olacaq.

