Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu milli komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
Prosport.Az xəbər verir ki, 41 yaşlı hücumçu DÇ-2026-nın karyerasındakı son dünya çempionatı olacağını rəsmən təsdiqləyib.
Ronaldu bununla bağlı qısa açıqlama verib: "Bəli, bu məndə sonuncudur. Gəlin, bundan zövq alaq".
Qeyd edək ki, Kriştianu Ronaldu hazırda Portuqaliya millisinin heyətində DÇ-2026-da mübarizəsini davam etdirir.

