Almaniyalı sabiq futbolçu Niklas Züle karyerasını bərpa etmək qərarına gəlib.
Prosport.Az xəbər verir ki, peşəkar futbolla vidalaşan 30 yaşlı mərkəz müdafiəçisi Almaniyanın 9-cu divizionunda çıxış edən "Tifenbax" həvəskar klubuna transfer olunub.
"Bayern" və Dortmund "Borusiya"sının sabiq futbolçusu bu qərarı 2 yaxın dostu ilə birlikdə yenidən futbolun həzzini yaşamaq istəyi ilə verdiyini bildirib:
"Futbolu yenidən tamamilə fərqli bir perspektivdən yaşayacağımı səbirsizliklə gözləyirəm. Burada hər şey biznes və ya pul deyil, sırf oyunun özü haqqındadır. Peşəkar futboldakı 13 ildən sonra meydanı yenidən dostlarımla bölüşmək və sadəcə bu möhtəşəm idman növündən həzz almaq mənim üçün bir hədiyyədir".

