Portuqaliya millisinin müdafiəçisi Nunu Mendeş DÇ-2026-da öz mövqeyində çıxış edən futbolçular arasında ən çox təhlükəli qol epizodu yaradan oyunçu olub.
Prosport.Az "Squawka"ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu mundialda indiyədək 4 real qol imkanı yaradıb və bu göstəricidə bütün müdafiəçiləri qabaqlayır.
Qeyd edək ki, Mendeş turnirdə 1 qola da imza atıb. O, qrup mərhələsinin 2-ci turunda Özbəkistan üzərində 5:0 hesablı qələbə ilə başa çatan matçda cərimə zərbəsindən fərqlənib.
Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 final mərhələsində iyulun 6-da İspaniya ilə qarşılaşacaq. ABŞ-ın Arlinqton şəhərində yerləşən "AT&T Stadium"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

