“Real”ın yarımmüdafiəçisi Orelyen Çuameni karyerasını Madrid klubunda davam etdirəcək.
Prosport.Az “TEAMtalk”a istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Liverpul”un fransalı futbolçuya maraq göstərməsinə baxmayaraq, “Real” onu satmaq niyyətində deyil.
Xəbərdə bildirilir ki, baş məşqçi Joze Mourinyo yeni mövsümdə 26 yaşlı yarımmüdafiəçiyə əsas heyətdə müntəzəm şans verməyi planlaşdırır.
Madrid təmsilçisi daha əvvəl Enzo Fernandes və Rodri kimi futbolçuların transfer imkanlarını nəzərdən keçirsə də, bu cəhdlər baş tutmadığından klub Çuameniyə güvənmək qərarına gəlib.
Qeyd edək ki, Orelyen Çuameninin “Real”la müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. Fransalı futbolçu karyerası ərzində “Bordo” və “Monako”nun da formasını geyinib.

