“Barselona” və İspaniya millisinin müdafiəçisi Pau Kubarsi DÇ-2026-nın 1/8 finalında Portuqaliyaya qarşı keçiriləcək oyun barədə danışıb.
Prosport.Az xəbər verir ki, 19 yaşlı futbolçu qarşılaşmada ən çətin rəqiblərdən birinin Kriştianu Ronaldu olacağını bildirib:
“Kriştianu Ronaldu kimi əfsanəyə qarşı oynamaq unudulmaz olardı. Ondan forma istəyərdim, amma yəqin ki, bunun üçün növbə olacaq!”
Qeyd edək ki, İspaniya – Portuqaliya matçı iyulun 6-da keçiriləcək.
Pau Kubarsi DÇ-2026-da İspaniya millisinin qrup mərhələsində keçirdiyi hər 3 oyunda, eləcə də 1/16 finalda Avstriya üzərində 3:0 hesablı qələbə ilə başa çatan görüşdə meydana çıxıb.

