"Kəpəz"in yay təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi daha bir yoxlama matçının rəqibi bəlli olub.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisi hazırlıq prosesindəki sonuncu – üçüncü yoxlama görüşündə "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma iyulun 26-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl iyulun 14-də "Qəbələ", iyulun 20-də isə "Şamaxı" ilə yoxlama oyunları keçirəcəyini açıqlamışdı.

