Futbol üzrə 2026-cı il dünya çempionatında 1/8 final mərhələsinə start verilib.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə keçirilən iki qarşılaşmadan sonra 1/4 finalın ilk cütü müəyyənləşib.
Günün ilk matçında Mərakeş Kanadanı 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Afrika təmsilçisinin heyətində Əzzəddin Unahi 50-ci və 82-ci dəqiqələrdə dubla imza atıb. Digər qolu isə 90+8-ci dəqiqədə Sufyan Rahimi vurub.
Digər görüşdə Fransa Paraqvay üzərində minimal hesablı qələbə qazanıb. Oyunda yeganə qolu 70-ci dəqiqədə Kilyan Mbappe penaltidən vurub.
Beləliklə, Fransa və Mərakeş 1/4 finala yüksəlib. Komandalar növbəti mərhələdə bir-birinə rəqib olacaqlar.

