"Turan Tovuz" heyətini yeni qapıçı ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, Aleksey Kenyaykinlə ilə 2 illik müqavilə imzalanıb.
27 yaşlı qolkiper ilk dəfə legioner həyatı yaşayacaq. 1,99 metr boya malik olan rusiyalı qolkiper karyerası ərzində "Orenburq", "Torpedo" (Moskva) və "Volqa" (Ulyanovsk) klublarının formasını geyinib.

