"Beşiktaş" Gökhan Sazdağının transferi ilə bağlı "Çorum FK" ilə razılığa gəlib.
Prosport.Az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Beləliklə, Gökhan Sazdağı yeni mövsüm ərəfəsində "Beşiktaş"dan ayrılan 9-cu futbolçu olub.
Qeyd edək ki, 2025-ci ilin yayında "Kayserispor"dan transfer olunan 30 yaşlı müdafiəçi ötən mövsüm "Beşiktaş"ın heyətində 18 oyunda meydana çıxsa da, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

