"Arsenal" və "Mançester Siti" "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandesi heyətinə qatmaq istəyir.
Prosport.Az xəbər verir ki, "Real"ın transfer yarışından geri çəkilməsindən sonra Premyer Liqanın 2 nəhəngi argentinalı dünya çempionunun əsas namizədlərinə çevrilib.
Bununla belə, "Çelsi" Fernandesi buraxmaq niyyətində deyil. London klubunun yeni baş məşqçisi Xabi Alonso 24 yaşlı yarımmüdafiəçini komandada saxlamaqda israrlıdır və onu yeni mövsümdə əsas heyətin aparıcı simalarından biri kimi görür.
Qeyd edək ki, Enso Fernandes 2023-cü ilin yanvarından "Çelsi"nin formasını geyinir.

