Fransa millisi DÇ-2026-nın 1/8 final mərhələsi ərəfəsində ciddi itki ilə üzləşib.
Prosport.Az "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Orelyen Çuameni Paraqvaya qarşı keçiriləcək 1/8 final oyununda iştirak edə bilməyəcək.
Bildirilib ki, futbolçu cümə günü keçirilən məşq zamanı bud nahiyəsində narahatlıq hiss edib. İlkin proqnoza əsasən, onun bərpa prosesi təxminən 4 gün davam edəcək.
Hər şey plana uyğun getsə və Fransa millisi növbəti mərhələyə yüksəlsə, komandanın vitse-kapitanı iyulun 9-da baş tutacaq 1/4 final görüşündə meydana qayıda bilər.
Məlumata görə, baş məşqçinin start heyətində Çuameninin yerinə "Roma"nın yarımmüdafiəçisi Manu Koneni meydana buraxacağı gözlənilir.

